Tramp və Putinin razılaşması- Vaşinqton və Moskva rəsmi açıqlama yayıb

42

ABŞ və Rusiya prezidentləri iki saat nədən danışdılar? – Vaşinqton və Moskva telefon danışığı  ilə bağlı rəsmi açıqlamalar verirlər.

Ağ Evin məlumatına görə, iki ölkə prezidentləri Ukraynada sülhə gedən yolun enerji və infrastruktur sektorlarında atəşkəslə, həmçinin dənizdə atəşkəs, tam atəşkəs və Qara dənizdə daimi sülhün yaradılmasına dair texniki danışıqlar yolu ilə başlayacağı barədə razılığa gəliblər.

Kreml qeyd edir ki, Putin Trampın təşəbbüsü ilə razılaşıb, buna əsasən tərəflər qarşılıqlı olaraq 30 gün ərzində enerji infrastrukturuna hərbi hücumlardan çəkinməlidirlər.. Rusiya Prezident Administrasiyasının məlumatına görə, Rusiya prezidenti artıq hərbi hissələrə müvafiq sərəncam verib.

ABŞ və Rusiya prezidentləri telefon danışığı zamanı həmçinin “Ukraynada qarşılıqlı həll” istiqamətində işi davam etdirmək üçün ekspert qruplarının yaradılması barədə razılığa gəliblər.

Sonrakı yazı
Tbilisidə qətl hadisəsi baş verib
Öncəki yazı
19 mart tarixinə olan valyuta məzənnəsi bəllidir