Tramp və Netanyahu İranla bağlı qərarlar müzakirə edəcək, Xameneinin aqibəti…

42

Tramp və Netanyahu İranla bağlı qərarlar müzakirə edəcək.

ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında keçiriləcək görüşdə İranla bağlı strateji məsələlər və ali dini rəhbər Əli Xameneinin gələcək taleyi əsas mövzulardan biri olacaq.

Bu barədə məlumatı “İran International” yayıb.

Verilən məlumatlara əsasən, görüş zamanı Tehran rəhbərliyinə qarşı görüləcək növbəti addımlar və Xameneinin aradan götürülməsi məsələsinin gündəmə gəlməsi ehtimal olunur.

İsrailin müdafiə naziri İsrael Kats bir müddət əvvəl çıxışında Xameneinin hakimiyyətdə qalmasının təhlükəli olduğunu bildirmiş və onun daha uzun müddət mövcud olmasının yolverilməz olduğunu söyləmişdi.

Eyni zamanda, yayılan iddialarda vurğulanır ki, əgər Netanyahu və Tramp Xameneinin fiziki olaraq aradan qaldırılması qərarını versələr, onun təhlükəsiz sığınacaqlarda gizlənməsi belə nəticəni dəyişməyəcək. Çünki həm İsrailin, həm də ABŞ-ın geniş informasiya toplama və hərbi əməliyyat imkanları bu cür tədbirləri reallaşdırmağa imkan verir.

Kateqoriya: Dünya, Gündəm, Region
Öncəki yazı
Orta yaşlı qadın qətlə yetirilib