• 22 Fevral 2025 18:16

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Tramp-Ukrayna və Rusiya ilə bağlı müzakirələr yaxşı gedir

ByNiyazi Yusubov

Fev 3, 2025
Another advertisement

ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya ilə bağlı müzakirələrin yaxşı getdiyini bildirib.

“Müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə planlaşdırılan görüşlərimiz və danışıqlarımız var. Düşünürəm ki, bu müzakirələr əslində kifayət qədər yaxşı gedir”, – Tramp bildirib.

Donald Tramp yuxarıdakı şərhi etməzdən əvvəl onun Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib ki, əgər Rusiya və Ukrayna müharibəni danışıqlar yolu ilə həll etmək istəsələr, hər iki tərəf müəyyən güzəştlərə getməli olacaq.