Rusiyanın ciddi iqtisadi problemləri var və onun iqtisadiyyatı dağılır. Rusiya sadəcə “kağız pələng”dir, Ukrayna Avropanın və NATO-nun dəstəyi ilə zamanla, səbrlə bütün ərazilərini geri qaytara bilər.
Qafqaztürk media xəbər verir ki, ABŞ prezidenti Donalt Tramp ABŞ-da Zelenski ilə görüş zamanı verdiyi açıqlamalar və görüşdən sonrakı sosial media paylaşımıda bildirib
Tramp bildirib ki, Aİ-nin dəstəyi ilə Ukraynanın öz torpaqlarını geri qaytarmaq və hətta daha irəli getmək üçün bütün şansları var.
Ukrayna üçün “hərəkətə keçməyin vaxtı çatıb”, lakin istənilən ssenaridə hər iki ölkəyə “ən yaxşısını arzulayır”.
Tramp onu da əlavə edib ki, NATO ölkələri onların hava məkanını pozan Rusiya təyyarələrini vurmalıdır.
Zelenski isə Trampın əlində vacib informasiyalar olduğunu və görüşün çox yaxşı keçdiyini söyləməklə kifayətlənib.