Tramp “Tomahawk” raketlərinin Ukraynaya tədarükü barədə qərarı qiymətləndirir, amma suallar hələ qalır – ƏTRAFLI

69

ABŞ prezidenti Donald Tramp oktyabrın 7-də bildirib ki, Ukraynaya “Tomahawk” raketlərinin tədarükü ilə bağlı prinsiplə qərar verib, lakin öncə Ukraynanın bu raketlərlə nə edəcəyini və onları haraya göndərəcəklərini dəqiq bilmək istəyir.

QafqazTürk Media xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlamasında Tramp vurğulayıb ki, eskalasiya istəmir və müharibənin sona çatmasını tələb edir. Raketlərin tədarükü ilə bağlı nə vaxt yekun qərar veriləcəyi barədə məlumat verməyib.

ABŞ mediası administrasiyadakı mənbələrə istinadən xəbər verib ki, Ukrayna prezidenti Volodimir Zelenski Trampla Nyu‑Yorkdakı son görüşündə ondan 2 500 kilometrədək uçuş məsafəsi olan “Tomahawk” raketlərinin mümkün tədarükünü xahiş edib. Zelenski bu məlumatı dolayı yolla təsdiqləyərək bildirib ki, Ukraynanın ehtiyacları barədə Trampa siyahı təqdim edib.

Hazırda ABŞ silahları birbaşa Ukraynaya göndərmir — onlar NATO ölkələrinə satılır və həmin ölkələr vasitəsilə çatdırılır. “Tomahawk” raketlərinin necə və hansı kanallar vasitəsilə təmin olunacağı hələlik qeyri-müəyyəndir. ABŞ ordusunun arsenalında əsasən dənizdən, xüsusən sualtı qayıqlardan atılan bu tip raketlər mövcuddur.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl xəbərdarlıq etmişdi ki, “Tomahawk”ların Ukraynaya çatdırılması müharibənin gedişatını dəyişməyəcək, lakin ABŞ ilə Rusiya arasında əlaqələrin kəskin pisləşməsinə səbəb ola bilər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Oktyabrın 4-cü mitinqinin təşkilatçıları həbs cəzasına məhkum edilib – ƏTRAFLI
Öncəki yazı
“Lelo – Güclü Gürcüstan” partiyasının Marneuli bələdiyyəsi üzrə nümayəndəsi Aqil Mustafayevin yerli bələdiyyə seçkiləri ilə bağlı AÇIQLAMASI