Tramp: Qəzzada atəşkəs təhlükədə deyil – İsrailin cavab vermək hüququ var

69

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Qəzza zolağında atəşkəs razılaşmasını heç bir şey təhdid etmir.

QafqazTürk Media bildirib ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O, İsrailin son hərbi zərbələrinin HƏMAS tərəfindən bir İsrail əsgərinin öldürülməsinə cavab olduğunu bildirib:

“Mən başa düşdüyüm kimi, onlar bir İsrail əsgərini öldürüblər. Buna görə də israillilər cavab verdi və onların buna haqqı var. Bu baş verəndə cavab verməlidirlər. Atəşkəs üçün heç bir təhlükə yoxdur. HƏMAS Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir və onlar özlərini düzgün aparmalıdırlar,” – deyə Tramp jurnalistlərə bildirib.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu Müdafiə Qüvvələrinə “Qəzza zolağına dərhal və güclü zərbələr endirmək” əmri verdikdən sonra İsrail Qəzza şəhərinə hücuma başlayıb. Son məlumata görə, hücum nəticəsində azı 30 nəfər həlak olub.

İsrail KİV-ləri bildirir ki, bu qərar HƏMAS-ın növbəti dəfə atəşkəs razılaşmasını pozması səbəbindən qəbul edilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Reuters”in iddiasına görə, Gürcüstan getdikcə avtoritarlaşır və Rusiya ilə əlaqələri gücləndirir
Öncəki yazı
Netanyahu ordusuna Qəzzaya “dərhal və güclü” zərbələr endirməyi əmr edib