ABŞ Prezidenti Donald Tramp Şotlandiyada, Britaniyanın Baş naziri Kir Starmerlə görüşdən əvvəl bildirib ki, onun səyləri nəticəsində altı böyük müharibənin qarşısı alınıb.
Trampın sözlərinə görə, Hindistanla Pakistan arasında müharibə ola bilərdi, çünki hər iki ölkə nüvə silahına sahibdir. O həmçinin qeyd edib ki, Tayland və Kamboca atəşkəs elan edib və bu münaqişə illərlə davam edə bilərdi.
“Milyonlarla insan ölə bilərdi. Biz bu müharibəni dayandırdıq və bundan çox xoşbəxtik”, – deyə Tramp vurğulayıb.