Tramp Ərdoğanla görüşəcəyini açıqlayıb 

171

ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcəyini açıqlayıb.

Tramp bəyan edib ki, tərəflər ticarət və müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlərin üzərində işləyirlər.

“Digər mövzularla yanaşı, biz ‘Boeing’ təyyarələrinin alınması, F-16 müqaviləsi üzərində işləyirik və F-35 ilə bağlı danışıqları davam etdiririk. Bu danışıqların uğurla yekunlaşacağına ümid edirik”, – deyə ABŞ prezidenti bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneulidə azyaşlıya qarşı zorakılıq törətməkdə təqsirləndirilən şəxs saxlanılıb
Öncəki yazı
Dəhşətli qəza iki nəfərin həyatına son qoyub