Tramp da təsdiqlədi: İŞİD lideri məhv edildi

57

ABŞ Prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin zərərsizləşdirildiyini açıqlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə D. Tramp “Truth Social” hesabında yazıb.

“Bu gün İraqda İŞİD-in fərari lideri öldürüldü. Cəsur hərbçilərimiz onu yorulmadan ovladılar. Əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib”, – ABŞ lideri qeyd edib.

Qeyd edək ki, ötən gün İraqın Baş naziri Məhəmməd əs-Sudani İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifainin öldürüldüyünü açıqlayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidə Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirilib
Öncəki yazı
Putinlə çox məhsuldar söhbətim oldu- Donald Tramp