ABŞ prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-a girişini tamamilə qadağan edən sərəncam imzalayıb.
Tramp qərarını TruthSocial sosial şəbəkəsində açıqlayıb. Müvafiq press-reliz Ağ Evin saytında dərc olunub.
Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına tam qadağa qoyulub.
İstisnalar ABŞ-ın qanuni daimi sakinləri, etibarlı viza sahibləri, müəyyən kateqoriyalı vizalar və girişi ABŞ-ın milli maraqlarına xidmət edən şəxslər üçün nəzərdə tutulub.
Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına qismən qadağa qoyulub. Onlara ziyarətçi və ya tələbə vizası verilməyəcək. Eyni zamanda, məsələn, iş məqsədləri üçün və ya ABŞ-dakı qohumları ilə görüşmək istəyənlər üçün vizalar saxlanılacaq.