Another advertisement
Torpaqların sistemli qeydiyyatı aktiv şəkildə dəvam edir.
Bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.Onun sözlərinə görə, sözü gedən işlər 2024-cü ilin sonuna qədər tamamlanacaq.
Baş nazirin dediyinə görə, sözügedən layihə çərçivəsində 1000-ə yaxın yeni iş yeri açılıb.
“Biz 2024-cü ilin sonuna qədər tamamlanacaq çox mühüm islahat başladıq. Bu, sistemli torpaq qeydiyyatıdır, işlər fəal şəkildə aparılır. Burada 1000-ə yaxın yeni iş yeri açıldı, biz gənclərə təlim keçdik və çox gərgin iş gedir.
Mobil Ədliyyə Evinin 470-dən çox xidməti artıq bütün Gürcüstanı əhatə edir. Müvafiq müraciət də tezliklə başa çatacaq ki, vətəndaşlar bütün bu xidmətləri onlayn əldə edə bilsinlər”, – Baş nazir qeyd edib.