Mçxeta-Mtianetidə dələduzluqla dövlətə məxsus 496 000 lari dəyərində 3 torpaq sahəsini ələ keçirməkdə ittiham olunan 3 nəfər saxlanılıb.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, saxlanılan şəxslər 2020–2021-ci illərdə saxta sənədlərlə ümumilikdə 8 041 m² sahəni qeydiyyata alıblar. Hazırda həmin torpaq sahələri üzərinə həbs qoyulub və dövlət mülkiyyətinə qaytarılması üçün hüquqi prosedurlar aparılır. Onları 6 ildən 9 ilə qədər həbs cəzası gözləyir.