Tornike Rijvadzenin işi üzrə təqsirləndirilən şəxs qismində Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvlediani saxlanılıb.
Axvlediani Gürcüstan Cinayət Məcəlləsinin odlu silahın ehtiyatsız saxlanmasını nəzərdə tutan 238-ci maddəsi ilə həbs edilir.
Məlum olduğu kimi, atışma baş verən zaman Rijvadze Axvledianinin evində olub.
Tornike Rijvadzenin işi üzrə Gürcüstan Cinayət Məcəlləsinin intihara təhrik etməni nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlayıb.
Tornike Rijvadze güllə yarası ilə bu gün Saqareco xəstəxanasına yerləşdirilib.