This is a specific ad

“Titan” batiskafının sahibi “OceanGate Expeditions”ın dünyaya çıxış “qapıları” bağlandı

43

Another advertisement

Atlantik okeanının sularında partlayan “Titan” batiskafının sahibi olan ABŞ-nin özəl “OceanGate Expeditions” şirkəti bütün sosial media hesablarını silib.

Son vaxtlara qədər şirkətin “Facebook”, “Instagram”, “Twitter” və “LinkedIn”də hesabları olub.

Bundan əvvəl isə “OceanGate Expeditions”ın internet saytında tədqiqat və kommersiya fəaliyyətini dayandırdığı barədə bildiriş yerləşdirilib.

Xatırladaq ki, iyunun 19-da “OceanGate Expeditions” şirkəti “Titanik”in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş “Titan”la əlaqənin kəsildiyini açıqlayıb. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin Şimal-şərq bölməsi “Titanik” yaxınlığında dağıntıların aşkar edildiyini  bildirib. Tezliklə qurum təsdiq edib ki, bunlar itkin batiskafın hissələridir. Təhlillər göstərib ki, dərinlik dəniz gəmisinin bütün sərnişinləri ölüblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə tarixi Qalata qülləsinə 15 iyul şəhidlərinin şəkilləri proyeksiya edilib
Öncəki yazı
Gürcüstan fındığı yığımına bu vaxtdan başlanacaq