This is a specific ad

Tikintiyə verilən icazələrin sayı – STATİSTİKA

56

Another advertisement

2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstanda sahəsi 6363,1 min kvadratmetr (18) olan binaların tikintisinə 8 min 169 icazə (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çox) verilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, icazələrin 73,55-i ölkənin 4 regionundan, daha dəqiq desək, aparılacaq tikinti işlərinin 48,6%-i Tbilisidən, 9,4%-i Mtsxeta-Mtianetidən, 8,9%-i Kvemo Kartlidən və 6,6%-i – İmeretidən verilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında çoxfunksiyalı yaşayış komplekslərinin, ticarət obyektlərinin, mehmanxanaların, sənaye müəssisələrinin, kənd təsərrüfatı obyektlərinin və digər tikililərin tikintisinə icazə verilib.

2023-cü ilin yanvar-sentyabr aylarında ümumi sahəsi 2153,4 min kvadratmetr olan 2 min 235 obyekt (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3% çox) istifadəyə verilmişdir“, – deyə məlumatda bildirilib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
“Vaqner” Rusiya qvardiyasının tabeliyinə keçdi
Öncəki yazı
“უკანასკნელი ფოთოლი”