This is a specific ad

Tikintidə işləyən azyaşlı uşaq hündürlükdən yıxılaraq ölüb

66

Another advertisement

Batumidə azyaşlı uşaq hündürlükdən yıxılaraq dünyasını dəyişib.

QafqazTürk Media yerli mətbuata istinadən xəbər verir ki, şahidlərin açıqlamalarına görə, uşaq dördüncü mərtəbədən yıxılıb.

Məlumata görə, hadisə Şota Rustaveli Dövlət Universitetinin tələbə yataqxanasının dam örtüyünün təmiri zmanı baş verib. İşləri tenderin qalibi olan “Alliqator-1” şirkəti həyata keçirirdi.

Bildirilib ki, uşaq təcili tibbi yardım hadisə yerinə gələn zaman azyaşlı uşaq artıq həyatını itirib.

Müvafiq xidmətlərin nümayəndələri hadisə yerinə səfərbər edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin mədən və tikinti təhlükəsizliyi normalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsi ilə istintaqa başlayıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
სამსახურში წასული 17 წლის ბიჭი ოჯახს გარდაცვლილი მიუსვენეს
Öncəki yazı
Gürcüstan prezidenti 13 məhkumu əfv edib