This is a specific ad

Tikinti icazələrinə dəyişiklik ediləcək – ƏTRAFLI

105

Another advertisement

2024-cü ildən başlayaraq Gürcüstanda verilən bütün tikinti icazələrində yaşıllaşdırma layihəsi olmalıdır.

QafqazTürk xəbər verir ki, Parlament bugünkü plenar iclasında “Məkan nizamlanması haqqında məcəllə”də müvafiq dəyişiklikləri üçüncü oxunuşda təsdiq edəcək.

Parlamentin Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Maya Bitadze bildirib ki, sözügedən layihə Tbilisidə 2019-cu ildən fəaliyyət göstərir və bu gün artıq bir çox yeni yaşayış kompleksləri və obyektlər, o cümlədən iaşə obyektləri yaşıllaşdırma layihəsi ilə təchiz olunub.

Onun sözlərinə görə, yeni dəyişikliklər bütün Gürcüstan ərazisində xaotik tikintilərin tənzimlənməsinə və tikiləcək hər binanın yaxınlığında yaşıllıqların salınmasına və yeni istirahət məkanlarının yaradılmasına imkan verəcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
“Oğru Dünyası” ilə əlaqəsi olan 4 nəfər saxlanılıb
Öncəki yazı
Bu gün Marneuli bələdiyyə məclisinin iclası keçirilib – ƏTRAFLI