• 23 Fevral 2025 00:22

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Tibbi evakuasiya təyyarəsi qəzaya uğrayıb

ByTürkan Şahverdova

Fev 1, 2025
Another advertisement

ABŞ-ın Filadelfiya şəhərində kiçik tibbi evakuasiya təyyarəsi qəzaya uğrayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, təyyarənin göyərtəsində dörd ekipaj üzvü, bir xəstə uşaq və xəstənin anası da daxil olmaqla altı nəfər olub.

Meksika Xarici İşlər Nazirliyindən verilən məlumata görə, təyyarənin göyərtəsində olan altı nəfərin hamısı Meksika vətəndaşıdır.

Meksikada yerləşən Jet Rescue Air Ambulance şirkətinin məlumatına görə, xəstə Filadelfiyada müalicə olunduqdan sonra Meksikaya qayıdırmış.

“Hazırda sağ qalanlar haqqında məlumatı təsdiq edə bilmərik”, – şirkətdən bildiriblər.

Məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində bir neçə nəfər hadisə yerində yaralanıb.