Tibb fakultəsində təhsil alanların NƏZƏRİNƏ! – YENİLİK

1

Səhiyyə Nazirliyi dövlət tibb fakültələrinin 100-150 uğurlu tələbəsinin 2-3 il müddətinə xaricdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək və geri qayıtdıqdan sonra tələbələr dövlət müəssisələrində işlə təmin olunmaq imkanı əldə edəcəklər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Zurab Azaraşvili bildirib.

Nazirin hökumət iclasından sonra jurnalistlərə verdiyi məlumata görə, birinci mərhələdə proqramın büdcəsi 10 milyon lari təşkil edəcək.

Sizə çox vacib bir layihə haqqında bir neçə söz demək istəyirəm. Bu, ümumilikdə dövlət klinikalarında ixtisas və işçilərin səviyyəsinin yüksəldilməsinə aiddir və Gürcüstanın ən yüksək təhsil səviyyəsinə malik tibb fakültələrinin seçilməsi və daha sonra uğurlu tələbələrin seçilməsi ideyasını nəzərdə tutur. Nazirliyimizin büdcəsi ilə yaxın 2-3 ildə 100-dən 150-yə qədər tələbəni xaricə göndərəcəyik ki, orada onların rezidentura xərcləri tam maliyyələşdiriləcək. Xaricdəki təhsilini başa vuran tələbələrimizi ölkədəki tibb müəssisələrində işlə təmin edəcəyimizə söz veririk. Bu proqramın büdcəsi birinci mərhələdə təxminən 10 milyon lari təşkil edəcək ki, bu da bütün tədris və orada yaşayış xərclərini əhatə edir. Bu rezidentura proqramı hər bir tələbə üçün 18 aydan 24 aya qədər davam edəcək”, – deyə Zurab Azaraşvili bildirib.

0
0
Kateqoriya: Təhsil
Sonrakı yazı
ქვემო ქართლში სახელმწიფო რწმუნებული, გიორგი დოხტურიშვილი დმანისის მუნიციპალიტეტის მერის, კობა მურადაშვილის 2023 წლის შემაჯამებელი ანგარიშის პრეზენტაციას დაესწრო
Öncəki yazı
სამედიცინო სასწავლებლების წარმატებულ 100-150 სტუდენტს 2-3 წლის განმავლობაში საზღვარგარეთ სწავლისა და ცხოვრების ხარჯებს დაუფინანსებენ