“Bu adam ləyaqətli və sayılıb-seçilən diplomatik korpusu Diplomat günü münasibətilə təbrik etməyən, əksinə, lənət oxuyan psevdodiplomatdır- yəqin ki, tezliklə bütün Gürcüstan vətəndaşları bir-birini təbrik edəcək ki, ölkədə daha Salome Zurabişvili prezident olmayacaq!”.
QafqazTürk Media xəbər verir ki,bu barədə jurnalistlərə çoxluq deputatı Davit Matikaşvili bildirib.
Matikaşvili prezident Zurabişvilinin Diplomatlar Günü ilə bağlı bəyanatını “iyrənc” və “utancverici” adlandırıb.
“Salome Zurabişvili yeni mövzu haqqında danışanda düşünürük ki, bu, sonuncu dəfədir və bundan aşağı getməyəcəyik. Bu yaxınlarda o, ölkəsini işğalçıların xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham etdi və biz gördük ki, o, səviyyədən də aşağı düşmək mümkündür. O, diplomatik korpusu təbrik etmir, əksinə təhqir edir”, – Davit Matikaşvili bildirib.