This is a specific ad

Tetritskaro Rayon Məhkəməsi SAİA-nın seçkilərdə səsvermənin gizliliyininin pozulması ilə bağlı vəsatətini qəbul edib

257

Another advertisement

Tetritskaro Rayon Məhkəməsi SAİA-nın vəsatətini qəbul edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidzenin məlumat yayıb.

“Yeganə məhkəmədir ki, SAİA-nın bülletenlərin geri verilməsi ilə bağlı tələbini təmin etdi və bu iş üçün vacib olan fakt təsdiqləndi”, – Kurdovanidze Facebook-da yazıb.

Tetritskaro məhkəməsində SAİA-nın səsvermənin gizliliyi ilə bağlı iddiasına baxılır.

SAİA-nın verdiyi məlumata görə, hazırkı proses çərçivəsində hakim SAİA-nın müraciəti əsasında Tsalka və Tetritskaro rayonlarında 3-3 dairənin seçki bülletenlərini təsadüfi seçib və orada bülletenlərin arxasında markerin izlərinin olduğu təsdiqlənib.

“Hakim həmçinin səslərin hesablanması üçün maşın, bülleten, marker və çərçivəli zərf tələb edib. Məhkəmə iclasında texniki yoxlama aparılıb və müəyyən edilib ki, bülletenlər maşına qoyulan zaman arxa tərəfdə edilən seçim görünür”, – deyə SAİA-nın məlumatında bildirilir.

Sonrakı yazı
Moldovanın “Sosialistlər Partiyası” xarici seçki məntəqələrində verilən səsləri tanımasıqlarını bəyan edib
Öncəki yazı
“Küçədə yağış, qar, külək olacaq, biz küçədəyik və məqsədə çatana qədər də burada olacağıq”-Nika Melia