“Terrorsuz Türkiyə” prosesi başlayıb.
PKK-nın silahı qoyması üçün gözləntilərin davam etdiyi bir vaxtda, DEM Partiyasının İmralı heyəti Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm bir görüş keçirib.
Mətbuata qapalı şəkildə keçirilən görüş təxminən bir saat davam edib. Görüşdə DEM Partiyasını Van millət vəkili Pərvin Buldan və Mardin millət vəkili Mitat Sancar təmsil edib.
Buldan və Sancar ziyarət öncəsi verdikləri açıqlamada bu görüşün tarixi əhəmiyyətə sahib olduğunu vurğulayıblar.
Heyətin çərşənbə axşamı günü Ədliyyə naziri Yılmaz Tunç ilə də bir araya gələcəyi bildirilir.