This is a specific ad

Terrorsuz Türkiyə-Görüşlər davam edir

46

Another advertisement

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İmralıda PKK lideri Abdullah Öcalanla görüşən Xalq Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiyası) nümayəndə heyəti ilə sabah görüşəcək.

İmralıda PKK lideri Abdullah Öcalanla görüşən DEM Partiyasının nümayəndə heyəti siyasi partiyalara səfərlərini davam etdirir.

Yanvarın 2-də Milliyyətçi Hərəkat Partiyası (MHP), bu gün (6 yanvar) Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə bir araya gələn DEM Partiyası heyətinin sabah (7 yanvar) CHP-yə səfəri gözlənilir.

Mətbuatda yayılan xəbərlərə görə, CHP sədri Özgür Özelin qatılacağı gözlənilən toplantı sabah saat 10.30-da Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutacaq.

Digər tərəfdən, DEM Partiyasının nümayəndə heyəti sabah saat 13:00-da DEVA Partiyasının qərargahında Əli Babacanla, saat 15:30-da isə Yenidən Rifah Partiyasının qərargahında Fatih Ərbakanla görüşəcək.

 

Sonrakı yazı
Tbilisidə artıq 40 gündür ki, aksiya davam edir
Öncəki yazı
Təyyarənin salonundakı hermetiklik pozulub və təyyarə məcburi şəkildə hava limanına enib