• 22 Fevral 2025 18:09

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Terror aktı ilə bağlı iki Gürcüstan vətəndaşı saxlanılıb

ByTürkan Şahverdova

Fev 20, 2025
Another advertisement

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin antiterror əməliyyatları çərçivəsində həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində ölkə ərazisində eyni vaxtda bir neçə xüsusi əməliyyat keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb.

“Onların evlərindən döyüş sursatı, müxtəlif növ elektron cihazlar, pul vəsaitləri və digər mühüm əşyalar vəistintaq üçün mühüm əhəmiyyət kəsb edən sübutlar götürülüb. Saxlanılan şəxslərin evlərindən də beynəlxalq terror təşkilatı ilə mümkün əlaqələrini təsdiqləyən müxtəlif sübutlar ələ keçirilib. Xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə istintaq aparılır. İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılır”, – SDU-nun məlumatında deyilir.