This is a specific ad

“Temu” məhkəməyə verilib

255

Another advertisement

Avropa Komissiyası (AK) Çinin “Temu” internet mağazasına qarşı rəsmi araşdırmalara başlayıb.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.

Açıqlamada deyilir ki, “Temu” platforması qeyri-qanuni məhsulların satışı ilə bağlı sahələrdə Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozmuş ola bilər. Söhbət istifadəçilərə satınalma tövsiyə etmək üçün istifadə edilən bazar alqoritmlərindən və şirkətin müştəri məlumatlarına çıxışından gedir.

Qeyd olunur ki, Komissiya onlayn bazarda qanunsuz məhsul təklif edən satıcıların olması bağlı görülən tədbirlər barədə ətraflı məlumat və daxili sənədlər tələb edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Cari ilin 9 ayında 41 valyutadəyişmə məntəqəsi bağlanıb
Öncəki yazı
Son Dəqiqə! Müxalifət bu tarixə aksiya elan etdi