Telefonu gecə şarjda qoymağın ZƏRƏRLƏRİ

1

“Aşağı keyfiyyətli doldurma qurğuları səbəbindən evdə yanğın baş verə bilər”.

QafqazTürk.com xəbər verir ki, bunu texniki elmlər namizədi Andrey Romanov deyib.

Mütəxəssis bildirib ki, gecə saatlarında smartfonu doldurarkən çox böyük istilik əmələ gəlir. Bu zaman batareya sıradan çıxa və ya alışa bilər. 

Romanov əlavə edib ki, cihazı müayinə etməklə onun təhlükəli olduğunu müəyyən etmək olar. 

Məsələn, bu, şişmiş smartfon batareyası və ya aktiv istifadə edilmədiyi zaman belə batareyanın sürətlə boşalması ilə sübut olunur“, – deyə o, əlavə edib.

Onun sözlərinə görə yanğına həmçinin rozetkada qalmış və şəbəkəyə qoşulmuş şarj cihazı səbəb ola bilər. 

“Cihazın şarjını bir gecədə rozetkada qoymamalı və orijinal olmayan şarj cihazlarından istifadə etməməlisiniz”, – deyə mütəxəssis bildirib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Arıqlamağınıza mane olan XƏSTƏLİKLƏR
Öncəki yazı
Qarabağdan Ermənistana köçən ermənilərin sayı