This is a specific ad

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

20

Another advertisement

Azərbaycan Respublikasının Gürcüstanda fəaliyyət göstərən SOCAR şirkəti tələbələrin təhsil səviyyələrinin artmasına əlavə stimul vermək məqsədilə “Mükafat Proqramı” elan edir.

QafqazTürk.com xəbər verir ki, “Mükafat Proqramı” 2022-2023-cü tədris ili nəticələrinə əsasən ümumi orta balı 95 baldan yüksək olan tələbələri əhatə edəcək.

Mükafat Proqramında iştirak etmək istəyən tələbələr “https://myscholarship.ge” saytı vasitəsilə 1-11 dekabr tarixlərində müraciət edə bilərlər.

Mükafat Proqramında iştirak şərtləri:

1. Gürcüstan Dövlət Ali Təhsil Müəssisələrinin 1-6-cı kurs tələbəsi olmaq (gürcü dili üzrə hazırlıq kursu tələbələri daxil deyil),

2.Ümumi orta balı 95-dən yüksək olması,

3. Dəvət edildiyi təqdirdə mükafatlandırma mərasimində iştirak etmək.

Müraciət etmək istəyən tələbələrdən müraciət etdikləri zaman orta ballarını təsdiq edən “Qiymət vərəqəsi” və “Bank Rekvizitləri” tələb ediləcək.

Xahiş edirik nəzərə alasınız və sənədləri əvvəlcədən hazır edəsiniz.

Məlumat üçün bildirək ki, “Mükafat Proqramı”nda təhsillərinə ödənişsiz əsaslarla davam edən tələbələr də iştirak edə bilərlər.

Kateqoriya: Təhsil
Sonrakı yazı
ქალთა მიმართ ძალადობის წინააღმდეგ 16-დღიან კამპანიას მარნეულის მუნიციპალიტეტიც შეუერთდა
Öncəki yazı
Gürcüstanda hava şəraiti pisləşəcək