This is a specific ad

Tələbələrimizin təhsil haqqının gecikməsi gözlənilmir

81

Another advertisement

Tbilisi şəhərində Azərbaycan xalqının Ulu Öndərinə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzsunda çox möhtəşəm bir elmi konfrans keçirilmişdir.

QafqazTürk.com xəbər verir ki, konfrans çərçivəsində “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir MəmmədovGürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov görüşüblər.

Görüşdən sonra QafqazTürk xəbər portalının əməkdaşı Səma Məmmədovanın Tbilisidə təhsil alan tələbələrimizin təhsil haqqı ilə əlaqədar suallarını cavablandıran konqres sədri Hüseyn Yusubov bildirmişdir ki, SOCAR şirkəti həmişə olduğu kimi heç bir tələbəni incitmədən və gecikdirmədən ödəniş haqqı qazanmış tələbələrin təhsil haqqını ənənəvi olaraq ödəyəcəkdir.

QafqazTürk xəbər portalı uzun illər ərzində gürcüstanəsilli azərbaycanlı tələbələrin təhsil haqqını ödədiyinə görə Azəbaycan dövlətinə və SOCAR şirkətinə öz təşəkkürünü bildirir.

Hesab edirik ki, qardaş Azərbaycan dövləti tərəfindən qoyulmuş bu sərmayə Gürcüstanın gözəl gələcəyinə xidmət edir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Yaponiya baş nazirinin çıxışı zamanı partlayış olub
Öncəki yazı
UNICEF: Gürcüstanda hər üç gəncdən biri depressiyadan əziyyət çəkir