This is a specific ad

Tələbələrə ŞAD XƏBƏR – ƏTRAFLI

31

Another advertisement

Cari ildən etibarən Qardabani Bələdiyyəsinin sağlamlıq, sosial, uşaq hüquqlarının müdafiəsi və dəstək proqramında dəyişikliklər edilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Qardabani meriyası məlumat yayıb.

Dəyişikliklərdən birinə əsasən, Qardabani bələdiyyəsində qeydiyyatda olan və bakalavr pilləsində təhsil göstəriciləri yüksək olan tələbələr və yüksək təhsil göstəriciləri olan magistratura pilləsi üzrə təhsil alan tələbələr cari ildən 500 lari məbləğində birgə maliyyə vəsaiti əldə edəcəklər.
Bundan əlavə, əlilliyi olan yüksək akademik göstəriciləri malik tələbələr də proqramdan istifadə edə biləcək. Onların təhsili 700 lari məbləğində maliyyələşdiriləcək.
Tələbə bu vəsaiti ildə iki dəfə ala bilər.
Qeyd edək ki, ikinci semestr təhsilinin maliyyələşdirilməsi üçün ərizələrin qəbulu bu ilin fevralından başlayacaq və martın 15-də başa çatacaq
”, – deyə Qardabani Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilib.

Kateqoriya: Təhsil
Sonrakı yazı
სიახლე სტუდენტების მატერიალური დახმარების მუნიციპალურ პროგრამაში
Öncəki yazı
ერდოღანი: თურქეთს და ირანს სურთ ახლო აღმოსავლეთში ესკალაცია თავიდან აიცილონ