Tələbə statusu dayandırılmış tələbələr təhsillərini necə davam etdirə bilərlər? – ƏTRAFLI

1

Gürcüstan hökuməti artıq ali təhsil müəssisələrinə maliyyə borcu olan və təhsili dayandırılmış tələbələrin borclarının həlli ilə əlaqədar fərmanı dərc edib.

QafqazTürk.com xəbər verir ki, qərara əsasən, qanun maliyyə borcuna görə statusu dayandırılmış tələbələrin Gürcüstanın ali təhsil müəssisəsində təhsil almalarının təşviqi məqsədilə görüləcək tədbirləri müəyyən edir.

Ali təhsil müəssisəsi statusu dayandırılmış tələbənin maliyyə borcunu silmək səlahiyyətinə malikdir. Təhsil Nazirliyi borcu olan tələbələr üçün təhsil haqqını Nazirliyə təqdim etdiyi və ali məktəblərdən keçdiyi siyahılar əsasında ayırır. Bu qaydaya uyğun olaraq maliyyə borcu silinən tələbə statusunun dayandırılmasından sonra 5 il ərzində tələbə statusunu bərpa etmək hüququna malikdir.

Qərarın 5-ci maddəsinin 2-ci bəndinə əsasən, statusu dayandırılmış tələbələrin ali təhsil müəssisələrinə ödəməli olduqları təhsil haqları 2023-cü il avqustun 1-dən silindikdə təhsil haqqının 20%-i Təhsil Nazirliyi tərəfindən ödəniləcək.

Qanun 2023-cü il sentyabrın 15-dən bu qaydaya uyğun olaraq yaranan hüquq münasibətlərinə şamil ediləcək.

0
0
Kateqoriya: Təhsil
Sonrakı yazı
როგორ შეძლებენ სტატუსშეჩერებული სტუდენტები უმაღლეს სასწავლებლებში სწავლის გაგრძელებას – დადგენილება
Öncəki yazı
Təbrizdə Azərbaycan bayrağı dalğalandırıldı – VİDEO