This is a specific ad

Telavidə yeni hava limanı inşaa olunacaq

73

Another advertisement

Telavi hava limanının yerində yeni hava limanı tikiləcək.

Qafqaztürk.com xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Qaribaşvilinin açıqlamasına görə, layihə bu il başlayacaq, onun təxmini büdcəsi 25-30 milyon lari olacaq.

İrakli Qaribaşvilinin sözlərinə görə, Telavi aeroportunun tikintisi hökumətin bugünkü iclasında müzakirə edilərək təsdiqlənəcək.

“Bildiyiniz kimi, Telavidə tarixi aerodrom var idi və biz bu yerdə yeni müasir infrastruktur, yeni hava limanı təşkil etmək və tikmək, yeni Telavi hava limanı yaratmaq istəyirik. Biz bu il layihələndirməyə və tikintiyə başlayacağıq və istəyirik ki, hava limanı artıq ilk sərnişinlərini 2024-cü ilin may-iyun aylarında qəbul etsin. Layihəyə təxminən 25 milyon lari ayrılıb, bu layihə 25-30 milyon lariyə başa gələcək. Əsas ideya nədir – biz tamamilə yeniləyəcəyik, uçuş-enmə zolağı 1700 metrə qədər uzadılacaq, müasir naviqasiya sistemləri quraşdırılacaq, ümumilikdə bütün infrastruktur yenilənəcək və yeni parkinq yerləri, sərnişinlər üçün rahat yerlər yaradılacaq. Telavidə müasir hava limanı olacaq. Bu o deməkdir ki, təkcə vətəndaşlarımız deyil, turistlər də gün ərzində rahat uça, Telavidən Batumi, Mestia, Ambrolauri, Kutaisiyə hərəkət edə biləcəklər. Daxili uçuşları və daxili aviasiyanı inkişaf etdirmək lazımdır. Bunun üçün biz hökumət bir neçə ildir ki, şirkətlərə yardım edirik və bu istiqaməti daha da genişləndirəcəyik. Ümumilikdə ölkədə 6 müasir hava limanı fəaliyyət göstərəcək. Bundan əlavə, Telavidəki hava limanı daha çox cəlbedicilik yaradacaq, turistlər və vətəndaşlarımız üçün daha rahat olacaq, hərəkət daha da sürətlənəcək”, – Qaribaşvili bildirib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
თელავის აეროდრომის ადგილზე ახალი აეროპორტი მოეწყობა
Öncəki yazı
“Latsio”nun uruqvaylı futbolçusu “Qalatasaray”da