Another advertisement
Telavi Rayon Məhkəməsi 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirməkdə ittiham edilən 28 yaşlı Alim Sadiqovun əmisi və əmisi oğlu barədə həbs-qətimkan tədbiri seçib.
QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstan baş prokurorluğu məlumat yayıb.
Bildirilir ki, sözügedən şəxslər cinayət hadisəsi barədə polisə məlumat verməməkdə ittiham edilirlər və onlar təqsirlərini etiraf ediblər.
Ata və oğul barədə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ilədək həbsi nəzərdə tutan 376-cı maddəsi əsasında başladılıb.