This is a specific ad

Tea Çulukiani vəzifəsindən istefa verib- Onu Tinatin Ruxadze əvəz edəcək

305

Another advertisement

Musiqiçi, Gənc Tələbələr Milli Sarayının direktoru Tinatin Ruxadze mədəniyyət və idman naziri təyin edilib.

QafqazTürk Media xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə onu adıçəkilən vəzifəyə təqdim edib.

“Mən mədəniyyət və idman naziri Tinatin Ruxadzeni təqdim etmək istərdim. O, 1989-cu ildən Gürcüstan Gənc Yaradıcılar İttifaqının direktor müavini, “Tbilisi konsertinosu” kamera orkestrinin direktorudur. Ruxadze həm də “Mana” televiziya festivalının icraçı direktoru, “Tibisi TV”nin baş prodüseri, həmçinin, Peyk Radio Yayımı İstehsalçıları Şurasının rəhbəri və prodüseri, “Melodia Art” MMC-nin direktor müavini, baş prodüser, Vaso Abaşidze adına Musiqi və Dram Teatrının baş direktoru, Tbilisi bələdiyyəsinin təhsil və mədəniyyət məsələləri üzrə müşaviri, 2016-cı ildən indiyədək Tələbə Gənclərinin Milli Sarayının direktoru olub. Mən ona mədəniyyət naziri vəzifəsində uğurlar arzulamaq istəyirəm”, – deyə Kobaxidze bildirib.

Baş nazir həmçinin idman sahəsinə rəhbərlik edəcək nazirin birinci müavini Şalva Qoqoladzeni də təqdim edib.

Xatırladaq ki, Tea Çulukiani “Gürcü arzusu”nun seçki siyahısındadır, ona görə də sentyabrın 26-da mədəniyyət naziri vəzifəsindən istefa verib. Çulukiani bu vəzifəni 2021-ci ilin mart ayından tutub.

 

Sonrakı yazı
Gürcüstan Mədəniyyət və İdman Nazirliyi bölünəcək
Öncəki yazı
AMİP-in qurucusu- Rusiya səfiri Türkiyəni Azərbaycana görə təhdid etmişdi