Mayın 28-də Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında – Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
QafqazTürk.com xəbər verir ki, teleqüllə və körpü 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.
İşıqlandırılma Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilib.