Tbilisinin Orta Dəhlizdə öz rolunu oynaması… – Boçorişvili

31

Tbilisinin Orta Dəhlizdə öz rolunu oynaması… – Boçorişvili

Gürcüstanın Orta Dəhlizdə öz rolunu oynaması çox vacibdir. Biz müxtəlif ölkələrin iştirakı ilə bu layihəyə böyük diqqət yetiririk.

QafqazTürk Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Macarıstanda keçirdiyi brifinqdə bildirib.

“Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Bu, çox vacibdir və bu istiqamətdə işlər davam etdiriləcək. Bununla bağlı Avropa Komissiyası ilə işləmək vacibdir və bizim təklif etdiklərimiz onlar üçün çox əhəmiyyətlidir. Biz Avropanın təhlükəsizliyi üçün mühüm layihələr həyata keçirmək niyyətindəyik. Bunun üçün də Avropa strukturlarında Macarıstanın dəstəyinə ümid edirik”, – Boçorişvili qeyd edib.

0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Salome Zurabişvilinin məhkəməyə verdiyi şikayət Kavelaşvili tərəfindən geri çəkilib
Öncəki yazı
Gürcüstan Azərbaycanlıları Konqresinin Bəyanatı