This is a specific ad

Tbilisinin mərkəzi prospektlərində qeyri-adi reklam lövhələri yerləşdirilib

252

Another advertisement

Paytaxt Tbilisinin mərkəzi küçələrində “Müharibəyə yox! Agenturaya yox” şüarları yazılmış plakatlar yerləşdirilib.

QafqazTürk Media xəbər verir ki, plakatlar hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası tərəfindən hazırlanıb və təbliğat kampaniyası məqsədi daşıyır.

Plakatlarda Gürcüstanın qərbpərəst partiyalarının liderləri göstərilib və onları zəncirdə saxlayan bir əl təsvir olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl hakim partiya prospektlərdə başqa plakatlar da asıb və videolar yayımlayıb. Bu plakat və videolarda isə sakit Gürcüstan dağıdılmış Ukrayna ilə müqayisə olunur, müxalifətin ölkəni qanlı yola sürüklədiyi iddia edilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ukrayna NATO üzvü olsa, dünya müharibəsi başlayacaq
Öncəki yazı
Baş Nazir: Ölkəyə miqrantların qayıdışı üç-dörd ildən sonra başlayacaq