Tbilisinin Çavçavadze prospektində qətl hadisəsi baş verib, bir nəfər də yaralanıb.

25

Tbilisinin Çavçavadze prospektində atışma olub. Bir kişi öldürülüb. Onunla birgə olduğu bildirilən bir nəfərin də yaralandığı bildirilir. Hadisə şahidlərinin  verdiyi məlumata görə, onlar 10-a qədər atəş səsi eşidiblər. Hadisə şahidlərinin sözlərinə görə, iki güllə yaxınlıqdakı kafenin şüşələrinə dəyib.

Hadisə yerinə polis və təcili yardım maşınları səfərbər olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə (108 və 236-cı) maddələri ilə istintaq aparılır.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Motosiklet körpüdən aşıb – 32 yaşlı kişi ölüb
Öncəki yazı
15 yaşlarında yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib