This is a specific ad

Tbilisinin bir neçə küçəsində yollar bağlanacaq

17

Another advertisement

Bu gün Azadlıq meydanında Gürcüstan millisinin futbolçularının qarşılanma mərasimi keçiriləcək və bu səbəbdən sözügedən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.

Meriyadan verilən məlumata görə, saat 12:00-dan 17:00-dək Azadlıq meydanında hərəkət qismən məhdudlaşdırılacaq. Xüsusilə, Rustaveli prospektindən Azadlıq meydanına gedən nəqliyyat vasitələri Barataşvili küçəsi istiqamətində hərəkətini davam etdirmək üçün meydan ərazisinə daxil ola bilməyəcək. Sürücülər Puşkin meydanı yaxınlığından dönərək yenidən Rustaveli prospektinə doğru hərəkət edə biləcəklər.

“2 iyul saat 17:00-dan 3 iyul saat 00:00-a kimi Azadlıq meydanında nəqliyyatın hərəkəti tam qadağan olunacaq. Azadlıq meydanında həm Kote Abxaz və Puşkin küçələrindən, həm də Rustaveli prospektindən 9 Aprel küçəsinə qədər olan yol hissəsində hərəkət məhdudlaşdırılacaq.

Məhdud saatlarda ictimai nəqliyyat Mixail Cavaxişvili küçəsi ilə Kür çayının sağ sahili yoluna keçəcək və daha sonra Barataşvili küçəsi istiqamətində hərəkət edəcək.

Tbilisi-Kogrii avtomobil yolu ilə hərəkət edən nəqliyyat Amağleba 11 ünvanında dayanacaq və həmin ünvandan əks istiqamətdə sərnişinlərə xidmət göstərəcək.

Milli komandanın futbolçularını Azadlıq meydanında azarkeşlər qarşılayacaq. Tədbir saat 22:00-da başlayacaq”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
UEFA azarkeşlər arasında baş vermiş davaya görə Gürcüstanın və Türkiyənin futbol federasiyasını cərimələyib
Öncəki yazı
UEFA-მ საქართველოს ფეხბურთის ფედერაცია 30 000 ევროთი დააჯარიმა