Tbilisinin Merab Kostava küçəsində baş verən qəzada iki nəfər xəsarət alıb.
Hadisə ilə bağlı yerli media məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, piyada yolu səhv yerdən keçirmiş, avtomobilin sürücüsü isə toqquşmanın qarşısını almaq üçün səkiyə çıxsa da, mikroavtobus yenə də piyadanı vurub.
Təcili yardım həkimlərinin verdiyi məlumata görə, yaralılardan biri çanaq sümüyü sınığı şübhəsi ilə klinikaya aparılıb. İkinci yaralanan şəxs isə ayağından xəsarət alıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır.