Tbilisidə Uşaqlar Günü keçiriləcək

37

Tbilisi meriyasının Mədəniyyət, Təhsil, İdman və Gənclərlə İş Departamentinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün paytaxt ərazisində uşaqlar üçün əyləncə tədbirləri nəzərdə tutulub. Mərkəzi tədbir Dedaeni bağında keçiriləcək, burada gün ərzində məkan fəaliyyətləri, əyləncəli şou proqramları, uşaq stansiyaları, teatr tamaşaları və s. olacaq.

Tədbir çərçivəsində uşaq konserti də keçiriləcək. Sözügedən məkanda saat 15:00-dan etibarən aşağıdakılar təqdim olunacaq: açıq kitabxana, kinoteatr guşəsi – Xosenin cizgi filmlərinin nümayişi, idman fəaliyyəti, Tbilisi meriyasının və Milli Sarayın guşəsi, şahmat guşəsi, Amerika guşəsi, incəsənət evlərinin sərgi guşəsi, üz boyama, keçə, xəttatlıq və tətbiqi sənət emalatxanaları, yarmarka, nağıl guşəsi, kukla teatrı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün art-terapiya.

Tədbirdə Tbilisi meriyasının mədəniyyət, təhsil, idman və gənclərlə iş departamentinin rəhbəri İrakli Qvilava ilə yanaşı, Tbilisi merinin müavini Andria Basilaia da iştirak edəcək.

Tədbir saat 15:00-da, konsert isə 20:00-da başlayacaq.

Tədbirlərə giriş pulsuzdur.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Polşada prezident seçkisinin ikinci turu keçirilir
Öncəki yazı
Nigeriyada daşqınlar 151 nəfərin həyatına son qoyub