Tbilisidə Ukrayna üçün həmrəylik mitinqi keçirilir

59

Ukrayna səfirliyi yaxınlığında həmrəylik aksiyası keçirilir.

Mitinq iştirakçıları Ukraynada müharibənin başlanmasının 3-cü ildönümünü qeyd etmək üçün toplaşıb və bu yolla öz dost ölkəsi ilə həmrəy olduqlarını bildiriblər. Aksiyaya Gürcüstanda yaşayan ukraynalılar da qoşulub.

Aksiya iştirakçıları Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları, eləcə də dəstəkləyici məzmunlu pankartlar qaldırıblar.

Daha sonra aksiya iştirakçıları etiraz yürüşü ilə Rustaveli prospektinə hərəkət edəcək və burada qanunverici orqan qarşısında 89-cu gündür fasiləsiz davam edən aksiyaya qoşulacaqlar.

Sonrakı yazı
Alimlər autizmin səbəbini kəşf etdiklərini iddia edirlər
Öncəki yazı
Biz münasibətlərin bərpasına başlamaq və hər şeyə yeni səhifədən başlamaq istəyirik – Kaxa Kaladze