Tbilisidə gənc oğlan barda qətlə yetirilib.
Cinayətin səhər saatlarında baş verdiyi bildirilir. Hazırda hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əldə olan məlumata görə, gənc bıçaqlanıb. Hazırda cinayətin motivi məlum deyil.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin 108-ci maddəsi ilə istintaq başlayıb.