Tbilisidə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

27

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Tbilisi Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Q.V.-ni saxlayıblar.

İstintaq müəyyən edib ki, Q.V. şəxsi münaqişə zəminində 1992-ci il təvəllüdlü R.K.-ya soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırıldıqdan dərhal sonra ölüb.

Polis qısa müddət ərzində şübhəlini saxlayıb və cinayət alətini maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan CM-nin 108-ci maddəsi üzrə istintaq aparılır. Bu maddə 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Yunanıstan və Türkiyədə meşə yanğınları davam edir
Öncəki yazı
Ərdoğan Tramp və Putin arasında görüş keçirmək niyyətindədir