This is a specific ad

Tbilisidə qeydiyyatda olan 100 yaşlı şəxslərə 10 min lari mükafat veriləcək

13

Another advertisement

Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, Tbilisidə qeydiyyatda olan 100 və daha yuxarı yaşda olan vətəndaşlar üçün mükafat üç dəfə artırılıb və 10 min lari təşkil edir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Kaxa Kaladze Tbilisi hökumətinin iclasında bildirib.

“İnsanın 100 yaşı tamam olanda paytaxt meriyası onu min lari ilə mükafatlandırardı. Qərara gəldik ki, mükafat on qat artacaq və 100 və daha yuxarı yaşda olanlar üçün 10.000 lari olacaq. Ötən il 57 nəfər pul alıb ki, onlardan 23-ü 100, 34-ü isə 101 yaşdan  yuxarıdır. Mən bu insanlara ilk növbədə can sağlığı, uzun ömür arzulayıram. Mükafatı almaq üçün vətəndaş və ya onların nümayəndələri Tbilisi meriyasının Səhiyyə və Sosial Xidmətlər Departamentinə müraciət etməlidirlər.

Ərizəyə 100 yaşına çatmış vətəndaşın şəxsiyyət vəsiqəsi və son bir ildə Tbilisidə fasiləsiz qeydiyyatı təsdiq edən Vətəndaşlıq Reyestrindən verilmiş məlumat kartı əlavə edilməlidir. 2025-ci ilə qədər proqramdan artıq faydalanmış yaşlı vətəndaşlar artıq ərizə yazmaq məcburiyyətində qalmayacaqlar və müavinət birbaşa onların hesabına köçürüləcək”, – Kaxa Kaladze bildirib.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bıçaqlı hücum ölümlə nəticələnib
Öncəki yazı
Sabaha olan valyuta məzənnəsi bəllidir