This is a specific ad

Tbilisidə qan donduran hadisə-Əvvəlcə öldürdü, sonra isə meyiti yandırdı

45

Another advertisement

Tbilisidə qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mübahisə zəminində bir şəxs digərinə küt əşya ilə xəsarət yetirərək, onu tikilməkdə olan binanın hündür mərtəbəsindən yerə atıb , cinayəti ört-basdır etmək məqsədilə meyiti yandırıb və hadisə yerindən qaçıb.

Tbilisidə qətl hadisəsi ilə bağlı işin üstü açılıb – təqsirləndirilən şəxs həbs edilib.

Keçirilən əməliyyatlar nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşları  cinayətkarı qəsdən adam öldürmə ittihamı ilə həbs ediblər.

Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

“Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırma aparılır”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Yanvarın 25-27-də gözlənilən hava şəraitini təqdim edirik
Öncəki yazı
Daxili İşlər Nazirliyi Tbilisinin ictimai nəqliyyatında səs yazılarının yayılması ilə bağlı araşdırmalara başlayıb