Tbilisidə mənzil satışı artır – yeni və köhnə mənzillərin qiymətləri necə dəyişib

44

2025-ci ilin sentyabr ayında Tbilisidə mənzil satışları 4 054 ədəd təşkil edib və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,9% artım qeydə alınıb.

QafqazTürk xəbər verir ki, bu barədə “Colliers” şirkətinin daşınmaz əmlak icmalında bildirir.

Məlumata görə, keçən ay bazarın həcmi 25,1% artaraq 310 milyon ABŞ dollarına çatıb.

2025-ci ilin sentyabrında Tbilisidə yeni tikilmiş mənzillərin orta çəkilmiş satış qiyməti əvvəlki ilin sentyabrı ilə müqayisədə rayonlarda 13,5%, şəhər mərkəzində 5,6%, geniş mərkəzdə isə 24% artıb.

Geniş mərkəzdə yeni tikilmiş mənzillərin ilkin bazardakı qiymətləri 30,9% bahalaşıb ki, bu da devoloperlər tərəfindən əməliyyatların gecikmiş qeydiyyatı ilə izah olunur. Şəhər üzrə ilkin bazarda orta çəkilmiş qiymət artımı 13,6% təşkil edib. İkinci bazarda isə orta çəkilmiş qiymət şəhər üzrə 5,6% artıb.

2025-ci ilin sentyabrında Tbilisidə yeni layihələrdə satışlar əvvəlki ilin sentyabrı ilə müqayisədə 17,1% artıb. Yeni tikilmiş mənzillərin ilkin bazarda satışları 16,6%, ikinci bazarda isə 17,8% artıb. Köhnə layihələrdə satışlar isə 8,3% yüksəlib.

Köhnə mənzillərə gəldikdə, tədqiqat göstərir ki, 2025-ci ilin sentyabrında Tbilisidə köhnə mənzillərin orta çəkilmiş satış qiyməti əvvəlki ilin sentyabrı ilə müqayisədə rayonlarda 10,6%, geniş mərkəzdə 5,2%, şəhər mərkəzində isə 10,3% artıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Vahid Milli Hərəkat partiyasının üzvü Giorgi Tsulaia həbs edilib
Öncəki yazı
Əli Əsədov: Mərkəzi Dəhlizdə Yük Həcmi Artır, Sülh və İnfrastruktur Həlledicidir”