This is a specific ad

Tbilisidə mənzil kirayəsi 101%, satış qiyməti isə 39% artıb – TBC Capital

84

Another advertisement

TBC Capital tərəfindən dərc edilən Tbilisidə yaşayış daşınmaz əmlakının aylıq icmalında da qeyd olunub ki, 2023-cü ilin mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə Tbilisidə mənzilin kirayə qiyməti 101% artıb, 1 kv.m-in orta qiyməti isə 13,2 dollar təşkil edib.

Mart ayında bir mənzilin satış qiyməti isə illik müqayisədə 39% artıb və hər kvadratmetr üçün orta hesabla 1153 dollar təşkil edib. Qiymət artımı hesabına bazarın həcmi illik 34% artaraq 261 milyon dollar təşkil edib.

İcmala görə, həm yeni (45%), həm də köhnə (37%) mənzillərin orta satış qiyməti ildən-ilə əhəmiyyətli dərəcədə artıb. Əvvəlki ayla müqayisədə yeni mənzillərdə 6,6% artım, köhnə mənzillərin qiyməti isə demək olar ki, dəyişməz qalıb (0,2%).

Mənzillərin satış sürətinə gəlincə, bir ay ərzində ümumilikdə 3328 əməliyyat aparılıb. İllik azalma 7% təşkil edir. Fevral ayı ilə müqayisədə isə satışlar 2% azalıb.

Qeyd edək ki, Mtatsminda və Vake ərazisində yerləşən mənzillər hələ də ən yüksək satış qiymətləri ilə seçilirlər. Mart ayında Mtatsminda bir kvadrat metrin orta qiyməti 1800 dolları keçib. Eyni dövrdə demək olar ki, bütün rayonlarda həm köhnə, həm də yeni mənzillərin satış qiymətində illik ikirəqəmli artım qeydə alınıb. Yalnız Çuğuretidə köhnə mənzillərin qiymətlərində illik azalma (11%) qeydə alınıb.

Sonrakı yazı
Silahlanma yarışında Türkiyə fərqi! Dünya son 30 ilin rekordunu yeniləyib
Öncəki yazı
Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb