Tbilisidə mübahisə zəmnində 3 nəfər soyuq silahla yaralanıb

14

Tbilisidə mübahisə zəminində 3 nəfər soyuq silahla yaralanıb. Hadisə ötən gün Qrmaqale metrosu yaxınlığında baş verib. mübahisə zəminində 3 nəfər soyuq silahla yaralanıb. Hadisə ötən gün Qrmaqale metrosu yaxınlığında baş verib.

Daxili İşlər Nazirliyinin açıqlamasında deyildiyi kimi, hadisəni törətdiyi iddia edilən şəxs hadisə yerindən qaçıb.

Agentliyin məlumatına görə, təcili tibbi yardım xidməti hər üç yaralını tibb müəssisəsinə çatdırıb, onlardan biri aldığı ağır xəsarətlər nəticəsində klinikaya aparıldıqdan bir neçə dəqiqə sonra dünyasını dəyişib.

“İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşları iki və ya daha çox şəxsə qarşı qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən şəxsi həbs ediblər.

Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Cinayətin törədilməsində istifadə olunan silah – bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “L” bəndi ilə araşdırma aparılır”, – məlumatda deyilir.

 

 

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
İşdən evə qayıdan kişi övladını ölü, həyat yoldaşını isə huşsuz vəziyyətdə tapıb
Öncəki yazı
Yeni Baş prokuror Prokurorluq Şurasının təqdimatı əsasında parlament tərəfindən seçiləcək