This is a specific ad

Tbilisidə Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Arif Əliyevin anım tədbiri keçirilib

131

Another advertisement
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə tanınmış iş adamı, ictimai-siyasi xadim, tək Faxralının deyil bütün Borçalının  sevimli oğlu Arif Əliyevin 65 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
QafqazTürk Media xəbər verir ki, tədbir Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət muzeyində baş tutub.
Tədbirdə mərhum Arif Əliyevin, eyni zamanda Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Anım tədbirinə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia ” şirkətinin baş direktoru Mahir Məmmədov, Soydaş ictimai birliyinin sədri Kamran Ramazanlı, professor Mahmud Kamaloğlu, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva , Gürcüstan azərbaycanlıları konqresinin sədri Hüseyn Yusubov ,sabiq deputat Ramiz Bəkirov, fiologiya üzrə fəlsəfə doktoru Məmmədəli Babaşov, sabiq deputat Ruslan Hacıyev, Arif Əliyevin anası Roza xanım, sinif yoldaşları və qohumları, jurnalistlər və Faxralı kəndinin ziyalıları və QHT nümayəndələri qatılmışdılar. Dəvətli qonaqlar çıxış edərək Arif Əliyev haqqında xatirələrini bölüşüblər.
Sonda Arif Əliyevin bacısı Fatma Əliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Anım tədbirində Arif Əliyevə həsr edilmiş şeirlər səsləndirilib.
Qeyd edək ki, Arif Əliyev 1959-cu il iyul ayının 25-də Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub.O, 1976-cı ildə Faxralı orta məktəbini bitirərək elə həmin ildə indiki Bakı Dövlət Universitetinin fizika fakultəsinə qəbul olub və fərqlənmə diplomu ilə bitirib. “Gürcüstan Neft və Qazçıxarma” idarəsində aparıcı mütəxəssis kimi ilk əmək fəaliyyətinə başlayan Arif Əliyev 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyində əmək fəaliyyətini davam etdirib. O, burada sosial layihələrə rəhbərlik edib və qısa müddətdə burada böyük hörmət və nüfuz qazanıb. Onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə Gürcüstanın müxtəlif bölgələrində sosial yönümlü çoxsaylı layihələr həyata keçirilib. Arif Əliyev ömrünün sonuna kimi SOCAR-ın Gürcüstan nümayəndəliyində çalışıb. Arif Aslanoğlu Əliyev 16 sentyabr 2011-ci ildə vəfat edib.
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ketevan Çixelaşvili Avstriyadakı səfir vəzifəsindən azad edilib
Öncəki yazı
რამდენ ლარად იყიდით დოლარს და ევროს – ვალუტის კურსი