Tbilisidə mağazada azərbaycanlı gənclər təhqir edən və qrup şəklində döyən daha 4 nəfər saxlanılıb – ƏTRAFLI

199

Tbilisidə mağazada azərbaycanlı gənclər təhqir edən və qrup şəklində döyən daha 4 nəfər saxlanılıb. Belə ki, Manço Giorgobianinin təşkil etdiyi qrup halında zorakılıq işi üzrə polis Mamuka Çarkvianinin oğlu Jako Çarkviani və daha 3 nəfəri saxlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə DİN məlumat yayır.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qrup halında zorakılığın təşkili və iştirakına görə 4 nəfər – 1996-cı il təvəllüdlü C.Ç., 2000-ci il təvəllüdlü L.Q., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K. saxlanılıb.

Həmin cinayət işi üzrə artıq Manço Giorgobiani də saxlanılıb.
Cinayət 9 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Xatırladaq ki, bu ilin 2 noyabrında gecə saatlarında təqsirləndirilən şəxslərdən biri – Manana Giorgobiani, Tbilisidə Çiqovani küçəsində yerləşən supermarketin işçiləri – 2006-cı il təvəllüdlü T.M.-i və 2004-cü il təvəllüdlü E.M.-i təhqir edib. Daha sonra o, tanışı – 1996-cı il təvəllüdlü C.Ç.- ilə əlaqə saxlayıb. C.Ç. hadisə yerinə özü ilə bir neçə nəfəri gətirib və onlar supermarketin iki əməkdaşını zorla çölə çıxararaq onları qrup halında döyüblər.

Faktla bağlı istintaq davam edir – cinayətdə iştirak edən daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və onun cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər görülür.

Bundan əlavə, aparılmış istintaq hərəkətləri nəticəsində saxlanılan şəxslərdən biri – C.Ç.-nin qanunsuz saxladığı odlu silahlar və sursat maddi sübut kimi götürülüb. Onların arasında 2 avtomatik silah, bir ov tüfəngi və müxtəlif tipli odlu silahlar üçün nəzərdə tutulmuş 110 patron olub.

İstintaq Cinayət Məcəlləsinin 225-ci və 126-cı maddələri ilə aparılır ki, bu da qrup halında zorakılıq və onun təşkilini nəzərdə tutur” – deyə DİN-in məlumatında bildirilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Avropa Komissiyası Ermənistana viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planı təqdim edib – ƏTRAFLI
Öncəki yazı
QafqazTürk Medyadan süni intellektlə bağlı yeni addım – Xəbər aparıcımız “Sadiq Qafqaztürk” ilə tanış olun! – ƏTRAFLI